2018-ci ili yola salmağımıza sayılı günlər qalır. Yola salmağa hazırlaşdığımız il müsbət və mənfi tərəfləri ilə artıq tarixə qovuşmaqdadır.
ONN media AZXEBER.COM-a istinadla dünyanın və ölkəmizin məşhur öncəgörənlərinin 2019-cu illə bağlı proqnozlarını sizə təqdim edir:
Ölmədən əvvəl son gecəsində "Bu mənim son gecəmdir, məni tək qoyun, səhər artıq öləcəm” deyən kahin Nostradamus 2019-cu ilin 3 dünya müharibəsi məsələsində kritik bir önəmə sahib olduğunu qeyd edib. İlk Fransada başlayacaq və dünyanın dörd bir tərəfinə yayılacaq olan müharibə 2025-ci ilə qədər davam edəcək. 2025-ci ildə isə kiçik bir sülh şəraiti təmin ediləcək.
Nostradamusa görə, buzlar əriyəcək və bütün dünyanı su basacaq. Quraqlıq, aclıq hakim olacaq. Əriyən sular başqa nöqtədə birləşəcək və bu da Dünyanın orbitini dəyişəcək və bir çox insan öləcək. Zəlzələlər bir-birinin ardınca gələcək. Qlobal istilər səbəbindən silahlı toqquşmalar baş verəcək, ozon təbəqəsi daha çox deşiləcək, yanğınlar və sellər şiddətlə artacaq. Okeanların diblərində baş verən vulkan püskürmələri də böyük sunamilərə səbəb olacaq.
1 sentyabr, İŞİD və Brexit kimi bütün dünyaya təsir edən hadisələrlə bağlı proqnozları ilə məşhur olan bolqar əsilli kahin Vanqa 2019-cu ildə meqa sunami gözləndiyini və onun Asiyanın böyük bir hissəsini siləcəyini bildirib. O, Putinin yanında işləyən mühafizə komandasının içərisindən rus liderə sui-qəsd cəhdinin uğurlu olacağını iddia edib. Eyni zamanda ABŞ prezidenti Donald Tramp sirli bir xəstəliyə yaxalanıb, problem yaşayacağını, bu xəstəlik nəticəsində Trampda eşitmə problemləri meydana gələcəyini bildirib.
Vanqanın sözlərinə görə, 2019-cu ildə Avropanın iqtisadi çöküşü baş verəcək. Bu çöküş Fransa, İtaliya, İspaniya, Hollandiya və digər Avropa ölkələrində çox ciddi iqtisadi problemlər yaradacaq, vətəndaşlar arasında ciddi narazılığa yol açacaq. O, həmçinin bu iqtisadi böhranın bütün dünyanı bürüyəcəyini, aclıqdan əziyyət çəkən insanların daha rəzil duruma düşəcəyini, ərzaq bqıtlığı yaranacağını söylədiklərinə əlavə edib.
Məşhur azərbaycanlı görücü Zirəddin Rzayev 2019-cu ilin proqnozlarını hələ 2017-ci ildə verdiyini, dünyanın gözlənilməz problemlərlə üz-üzə qalacağını söyləyib. Öncəgörücü bildirib ki, ABŞ-da nəhəng vulkan oyanacaq və bu, dünyanın qorxulu yuxusuna çevriləcək.
Digər azərbaycanlı görücü Həsən Həsrətli də 2019-cu ilin rəvan keçməyəcəyini deyir. O bildirir ki, üzümüzə gələn il tənbəllik, çirkablıq və çətinliklərlə dolu olacaq. ABŞ və Rusiya üçün qarşıdakı il daha çətin keçəcək. Türkiyədə isə fevral-mart ayları qarışıqlıq olacaq.
Bütün hallarda gələcəyi müəyyən edən yalnız Tanrıdır! Ümidinizi Allahdan kəsməyin!



Nostradamusdan 2018-lə bağlı şok proqnozlar: "Bu ölkənin rəhbəri dünyanı bir-birinə vuracaq"
Nostradamusun 2018-ci il üçün öncəgörmələri - ŞOK SİYAHI
Hindistan- Pakistan müharibəsinin şok nəticələri
Gələn il dünyada güclü zəlzələlər olacaq - QORXULU AÇIQLAMA
Dünyanın ən məşhur cütlüyü də boşanır?
Məşhur astroloqdan 2018-ci il üçün dəhşətli proqnozlar
ABŞ-Çin savaşı: Dünyanı nə gözləyir?
Albaniya prezidenti Azərbaycana gələcək
Orta aylıq əmək haqqı 25 faizdən çox artacaq
Zelenski ÇAĞIRIŞ ETDİ: "Ən böyük cəsarət..."
Virus yayıldı, ardınca yadplanetlilərin hücumu olacaq... – Planeti gözləyən DƏHŞƏTLİ GƏLƏCƏK
Dünya dağılacaq, dirilər ölülərə həsəd aparacaq- Vanqadan QORXUNC PROQNOZ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 