"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Yəhya Babanlı vəzifəsindən çıxarılıb.
ONN media qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı bu gün əmr imzalanıb. Onun yerinə isə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş əməkdaşı Teymur Abdullayev təyin edilib.
Y.Babanlı saytımıza açıqlamasında məlumatı təkzib etməyib:
"Mən həftənin birinci günü işdə olacağam, həmin gün danışarıq, bütün suallarınıza onda cavab verəcəyəm".
Qafqazinfonun əldə etdiyi məlumata görə, "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti ilə dövri nəşrlər şöbəsi ləğv edilərək yerində İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzi yaradılıb. Ləğv edilən ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yahya Babanlıya müvafiq iş təklif edilsə də, o, öz ərizəsi ilə "Azərenerji" ASC-dən ayrılıb.
"Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin rəisi isə Teymur Abdullayev təyin olunub.
Qeyd edək ki, Teymur Abdullayev uzun müddət müxtəlif qəzet və televiziyalarda, o cümlədən Müdafiə Nazirliyinin mətbuat xidmətində işləyib. Yeni vəzifəyə təyin edilməzdən əvvəl isə "Azərişıq" ASC-nin "ASAN Xidmətlə" iş şöbəsinin rəis müavini vəzifəsində çalışırdı.



Kəmaləddin Heydərov Yəhya Babanlıya yüksək vəzifə verdi
Akif Təvəkküloğlu koronavirusa yoluxdu
Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı
Bakıda işıqlar niyə söndü? - "Azərenerji"dən AÇIQLAMA
Akif Təvəkküloğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ
Ceyhun Əli işdən çıxarıldı, yerinə o təyin edildi
DİN-in mətbuat xidməti ləğv olundu
Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi
Azərbaycan İrana elektrik enerjisinin ixracına başlayıb
Elmar Məlikov yeni vəzifəyə təyin edildi
“Azərenerji”: Vətəndaşlara "evdə qal" deyiriksə, elektrik enerjisi ilə təmin etməliyik
Tanınmış jurnalistə vəzifə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 