Azərbaycanda "donuz qripi"nə yoluxma halları mövsüm ərzində qeydə alınmayıb.
ONN media xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 867 nümunə daxil olub, "donuz qripi" aşkar olunmayıb.
Nazirlikdən qeyd edilib ki, mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi son illərin orta göstəricisini aşmayıb. Lakin sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən profilaktik, müalicəvi və əksepidemik tədbirlərin həyata keçirilməsini tələb edir.
Bununla bağlı, tibb müəssisələrinə ağır kəskin respirator xəstəlik halları barədə müraciət olduğu halda, dərhal yerli Gigiyena və Epidemiologiya Mərkəzlərinə məlumat verilir, şübhəli xəstələrdən götürülmüş nümunələr isə Respublika Taun Əleyhinə Stansiyasına çatdırılır, Respublikanın şəhər və rayonların Gigiyena və Epidemiologiya Mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarəti gücləndirib.
Nazirlikdən bildirilib ki, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda mənfi təzyiqli bokslar, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında donuz qripi xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb, onlar hazır vəziyyətə gətirilib, dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib. Sərhəd keçid məntəqələrində hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlar təchiz edilib.
Xatırladaq ki, Gürcüstanda H1N1 virusuna (donuz qripi) yoluxmadan ölənlərin sayı 8 nəfərə çatıb. Hazırda 130-a yaxın insan virusdan xəstəxanada müalicə alır.



Qriplə bağlı XƏBƏRDARLIQ
Qriplə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA
Azərbaycanda donuz qripi aşkar edilib?
Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkarlandı
Nazirlik həyəcan təbili çaldı: Yeni virus...
Azərbaycanda 16 nəfərdə "donuz qripi" AŞKAR EDİLDİ
İki azərbaycanlı "donuz qripi"nə yoluxub
Baxçalarda qızılca və “donuz qripi”nə yoluxan var?
Azərbaycanda təhlükəli qrip var?
Gürcüstanda azərbaycanlılar “donuz qripi”nə TUTULDU
Qonşu ölkədə “donuz qripi”ndən 6 nəfər öldü
Ölkədə donuz qripi HƏYƏCANI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 