Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyevin 90-cı illərin əvvəllərində cəbhə hakimiyyətə xəyanət etməsi barədə zamanla mətbuatda yazılar gedib.
Sonralar “Rusiyanın adamı” hesab olunan Rəhim Qazıyevlə bağlı maraqlı bir iddia da ortaya atıldı. Bildirilirdi ki, R.Qazıyevin başına qoyduğu buxara papaq ona nazir olduğu vaxtlarda Rusiya hakimiyyəti tərəfindən hədiyyə edilib. Bəs bu günlərdə yenidən medianın gündəminə gələn eks-müdafiə naziri barədəki iddia nə qədər doğrudur?
Vaxtilə AXC hakimiyyətdə təmsil olunmuş keçmiş “Azərbalıq” Dövlət Konserninin sabiq sədri, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Rəhim Qazıyev heç bir uğurlu layihəyə imza ata bilməyib.
“Rəhim Qazıyev Elçibəy hakimiyyətinə xəyanət edən bir adam olub. Qiyamçı Sürət Hüseynovla bir yerdə dayanıb. Rəhim Qazıyev Azərbaycanda separatizmin çiçəklənməsinə rəvac verən biridir. “Talış Muğan Respublikası”nın yaradılmasında əli olan insandır. Azərbaycanın bəzi rayonlarının işğal olunması ərəfəsində “özümü öldürəcəyəm” ifadəsi ilə gündəmə gələn birisinin hansısa uğurlu işi yoxdur ki, danışaq.
Hər halda Rəhim Qazıyev Rusiya kəşfiyyatına işləyən bir insan olub. Həmin dövrlərdə də biz bunun şahidi olmuşuq, maliyyə köməyi olmasına baxmayaraq, pulları hərbə vermədi, apardı haradasa gizlətdi, sonra da nəyəsə nail ola bilmədi. Çox güman ki, o, indi də rus kəşfiyyatına çalışır.
Başındakı buxara papağı o vaxtdan qoyur. Od olmasa, tüstü çıxmaz . Yəqin nəsə olub ki, belə danışırlar”.(modern.az)



Bakıda ŞOK OLAY - Sabiq nazirin başını yardılar
Rəhim Qazıyevi döyən şəxsin kimliyi bəlli oldu
Rəhim Qazıyev saxlanıldı
“MTV Azərbaycan”dan Rəhim Rəhimlinin işdən kənarlaşdırıldı? - AÇIQLAMA
Rəhim Rəhimli dəfn olundu
Müdafiə Nazirliyinin bölmə müdiri HƏBS OLUNDU
“Əsgərlərə siqaret satanlar, yeməyini kəsənlər güllələnsin” – Hafiz Hacıyev
Ulu Öndərin məşhur fərmanından 20 il ötür
Rəhim Rəhimli ilə vida mərasimi keçirilib
Hafiz Hacıyev koronaya yoluxdu, vəziyyəti ağırdır
Azərbaycan müraciət edərsə... – SEPAH GENERALI
Şəhid zabitin xanımı ərinin il mərasiminə gedərkən yol qəzasında vəfat etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 