Artıq bir neçə gündür ki, qapalı və ictimai yerlərdə siqaretdən istifadəyə qadağa qoyulub. Qadağanın qüvvədə olduğu yerlərdən biri də şadlıq saraylarıdır. Bəs eyni anda yüzlərlə insanın bir arada olduğu şadlıq saraylarında siqaret qadağası necə tətbiq olunacaq? Başqa sözlə, şadlıq sarayları buna hazırdırmı?
ONN media Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bəzi şadlıq saraylarında siqaret çəkən şəxslər zaldan uzaqlaşdırılacaq. Həmin şadlıq saraylarını idarə edən şəxslər belə bir addım atıblar.
"Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunun qüvvəyə minməsi ilə paytaxtın əksər şadlıq sarayları fəaliyyətlərində müəyyən dəyişikliklər ediblər. Görünən yerlərə siqaret çəkilməsini qadağan edən nişanlar vurulub.
Şadlıq saraylarından bildirildi ki, qadağanedici nişanların vurulması ilə yanaşı, içəridə siqaretin çəkilməməsi ilə bağlı toy sahiblərinə xəbərdarlıq da edilir. Qonaqların zallarda siqaretdən istifadə etmələrinə isə inzibatçılar nəzarət edir.İnzibatçılar bildirir ki, xəbərdarlığa məhəl qoymayan şəxslər zaldan çıxarılacaq.
Bununla belə restoran sahibləri qonaqlara qanunun tələblərini izah etməyə çalışırlar.
Qeyd edək ki, sözügedən qaydaya əməl etməyənlər 30 manat miqdarında cərimə edilirlər.
[embed]http://www.youtube.com/watch?v=4-QgYzGBpok[/embed]



Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Siqaret qadağasına əməl olunur? - VİDEO
Şadlıq Saraylarında daha bir yenilik
Şadlıq saraylarında menyuların qiyməti bahalaşdı
Noyabrda toylara rəsmən qadağa qoyulub?
Şadlıq saraylarında ventilyator və sərinkeşlərdən istifadə qadağan edildi
Bir nəfər restoranın 3 zalında toy edə bilərmi? - MÜƏMMA
Bu restoranlarda karantin qaydaları pozuldu
Aktyora şadlıq sarayı verildi: biznesə başladı
SON DƏQİQƏ: Azərbaycanda şadlıq evi YANIR
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 