Dəmirbank ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların veriləcəyi ünvanlar açıqlanıb.
Əmanətlərin Sığortalanması Fondundan (ADİF) APA-ya verilən xəbərə görə, “Dəmirbank”ın qorunan əmanətçilərinə kompensasiyalar 26 ünvanda veriləcək.
Ərizə formalarını qorunan əmanətçilər fevralın 1-dən etibarən Fondun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, aşağıda qeyd edilən “Kapital Bank”ın filiallarından və ya ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilər.
Aşağıdakı cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan Dəmir Bank ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən Kapital Bank ASC-nin filialına fevral 1-dən müraciət edərək, şəxsiyyətini təsdiq edən sənəd, əmanət müqaviləsi və doldurulmuş ərizələri əsasında kompensasiyalarını ala bilərlər.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli 49/1 saylı qərarı ilə “DəmirBank” ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib. ADİF Palatanın Direktorlar Şurası tərəfindən təqdim olunmuş 25 dekabr 2017-cı il tarixli məktuba istinadən bildirir ki, Dəmir Bank ASC-də sığorta hadisəsi 22 dekabr 2017-ci ildə baş verib.
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 dekabr 2017-ci il tarixli iclasının qərarına əsasən Dəmir Bank ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində Kapital Bank ASC seçilib.
Ləğv prosesində olan Dəmir bank ASC-də qorunan əmanətçilərə kompensasiyaların verilməsi üzrə Kapital bank ASC-nin filial şəbəkəsinin cədvəli:



Bağlanan banklarda əmanətləri olanların DİQQƏTİNƏ!
Bağlanan banklarda ödənişi olanların diqqətinə
"Günay Bank" əmanətçilərinin NƏZƏRİNƏ
Ləğv edilmiş “DəmirBank”ın əmanətçilərinin - Nəzərinə
Bağlanmış iki bankın əmanətçilərinə 47,1 mln. manat kompensasiya ödənilib
Ləğv olunmuş bankların müştərilərinə 550 milyon manat ödəniş edilib
"Dəmir Bank"da pulu qalanların nəzərinə - ÖDƏNİŞ EDİLƏCƏK
Bu banklarda əmanəti olanların NƏZƏRİNƏ
Azərbaycanda bu bank ləğv edildi
Əmanətçilərin nəzərinə - Pullarınız bu tarixdən etibarən qaytarılacaq
SON DƏQİQƏ: Mərkəzi Bank AÇIQLAMA YAYDI
4 bankın əmlakı hərraca çıxarıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 