ONN İnformasiya Agentliyi

Adil Əliyev layiqli namizədlərdəndir- Çünki…

Adil Əliyev layiqli namizədlərdəndir- Çünki…
27 Yanvar 2020 - 20:58

Bildiyiniz  kimi 2020-ci il tarixində  fevralın 9-na ölkəmizdə Milli Məclisə növbədənkənar seçkilər təyin edilmişdir . Nərimanov rayonunun  20 saylı  ikinci seçki dairəsindən Adil Abış oğlu Əliyevin   namizədliyini irəli sürmüşdür Düşünürəm ki, hazırki Azərbaycan Milli Məclisi öz səlahiyyətləri çərçivəsində də xeyli işlər görmüşdür . Gördüyü işlər haqqında danışanlardan deyil, buna seçicilər qiymət verə bilər. Bu illərdə  5 xeyir-şər evi tiktirib, 15-ni də əsaslı təmir etdirib. Ərazidə ki, orta məktəbin problemlərinin həllində daima iştirak ediib, uşağını 1-ci sinfə göndərən imkansız ailələrə yardım edir. Hər il Qurban bayramını seçiciləri birgə qeyd edir. Qərargahı seçicilərin üzünə açıqdır, ayda yüzlərlə seçicini qəbul edir, şikayətlərini dinləyir Nəyə imkanım, gücü çatırsa, onu edir, ağır xəstələrin müalicəsinə də əl tutmağa çalışır. 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təşkil etdiyi tədbirlərdə iştirak edir, onlara öz səmimi arzularını çatdırır.  Adil Əliyevin xüsusi diqqət və qayğı ilə yanaşdığı insanlar arasında əsgərlərimiz də var. O, vaxtaşırı cəbhə bölgələrində qulluq edən əsgərlərimizə baş çəkir, onlara ruh yüksəkliyi verir. 

 Qeyd edək ki, fəal sosial şəbəkə istifadəçisi olan millət vəkilinə namizəd həmin fikirlərini, eləcə də seçicilərinin problemləri ilə bağlı digər məsələləri sosial şəbəkələrdə də vaxtaşırı işıqlandırır. Onun şəxsi səhifəsində tez-tez seçicilərlə görüşləri öz əksini tapır. Adil Əliyev hər il  Nərimanov rayonu, 20 saylı seçki dairəsi ərazisində yaşayan yüksək balla ali məktəblərə daxil olan gəncləri qəbul edir, onları təbrik edir.

Adil Əliyevin geniş fəaliyyəti ictimai və siyasi sahələrlə məhdudlaşmır. Belə ki, Adil müəllim həm də Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2007-ci il noyabrın 10-da “Azərbaycan İdmanının Azarkeşləri” və 2008-ci ilin sentyabrında “Azərbaycan Veteran İdmançıları” ictimai birliklərinin hüquqi təsisçisi və prezidenti seçilib. 2008-ci ildə kikboksinq üzrə veteranlar arasında dünya çempionu olub. İdmanımızın inkişafında onun böyük xidmətləri var.  Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növlərinə də yüksək diqqət və qayğı göstərilir. Bu mənada gənclər arasında kikboksinqin kifayət qədər populyarlığa malik növdür.  Adil müəllimin rəhbərliyi ilə kikboksinqin inkişafı istiqamətində son illər böyük işlər görülüb. Kikboksçularımızın beynəlxalq arenalarda əldə etdikləri uğurlar ilbəil yüksəlir. Onlar arasında dünya və Avropa çempionları, beynəlxalq turnirlərin mükafatçıları var. Adil Əliyev cəmiyyətdə böyük nüfuz sahibi, təvazökar, vətənpərvər ziyalıdır. Millət vəkilliyinə namizəd Adil Əliyevə  növbəti parlament seçkilərində uğurlar diləyirik.

Bakının Nərimanov rayonunun sakinlərini Adil Əliyevə səs verməyə və onun bu rayondan növbəti dəfə deputat seçilməyinə yardım etməyə çağırıram!

Tanınmış ictimai-siyasi aktiv gənc Nicat Müslümov

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png