ONN İnformasiya Agentliyi

Aytən Səfərovanın düşdüyü qəzada ölən şəxsin fotosu

Aytən Səfərovanın düşdüyü qəzada ölən şəxsin fotosu
17 Aprel 2024 - 22:10

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza zamanı dünyasını dəyişən gəncin fotosu yayılıb.

ONN media xəbər verir ki, Duz TV səhifənin yaydığı məlumata görə, qəzada ölən 2005-ci il təvəllüdlü Ayxan Əliyev Qida və Sənaye kollecində oxuyurdu.

Qeyd edək ki, Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png