ONN İnformasiya Agentliyi

Bakı-İstanbul təyyarəsi təcili eniş etdi

Bakı-İstanbul təyyarəsi təcili eniş etdi
20 Noyabr 2019 - 11:15

Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq “Buta Airways”in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib.

Təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 104 sərnişin olub.

Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png