ONN İnformasiya Agentliyi

Bakıda 2 manata çimərlik?

Bakıda 2 manata çimərlik?
26 İyun 2018 - 5:31

Havaların yenicə isinməsinə baxmayaraq, Bakı çimərliklərinə axın başlayıb. Belə məqamda hər kəs cibinə uyğun yerdə, çimərlikdə istirahət etmək istəyir.

ONN media xəbər verir ki, bu gün Bakının dörd bir yanında müxtəlif istirahət mərkəzləri olsa da, hamısı bir-birindən qiymətlərinə görə fərqlənir.

Pirşağı, Novxanı, Şıx, xüsusən də Mərdəkan və “QRES” adlanan ərazidə dincəlmək üçün ən az 20 manat tələb edilir ki, bu pulla da ancaq boş köşk (bisetka) və stol, 4 nəfər üçün oturacaq əldə edə bilərsiniz. Yuxarıda adını qeyd etdiyimiz yerlərdə bisetkaların qiyməti 10, 15, 20 manat arasında dəyişir.

Düzdür, Bakıda kifayət qədər pulsuz çimərliklər də var, ancaq onların əksəriyyətində çimmək qadağan edildiyi üçün getmək məsləhət deyil. Lakin bu gün Bakıda hər kəsin dincələ bilməsi üçün ən münasib yer Bilgəh çimərliyidir.

Digər çimərliklərdə 15-20 manata təklif edilən boş köşk, stol və stullar Bilgəhdə saatı 2 manatadır. Cəmi 3-4 manat ödəməklə burada bir neçə saat dincələ bilərsiniz.

İstirahət üçün təklif edilən içki və müəyyən qidalar da münasib qiymətədir. Belə ki, çay 2 manat, pivə 1 manat, zavod çörəyi 1, təndir 2 manat, litrlik adi su 1 manat 50 qəpik, qarğıdalı 1 manatdır. Sadalananları özünüzlə də gətirib çimərlikdə dincələ bilərsiniz.

Bilgəh çimərliyində dincələnlərin rahatlığı üçün xilasedicilər, təcili tibbi yardım maşını daim xidmət göstərir. Dənizdə motorlu qayıqlar və katerlər manevrlər edir, dərinə üzənlərə xəbərdarlıq edərək geri qaytarırlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png