ONN media

Bakıda 5000 ağac kəsiləcək – AÇIQLAMA – VİDEO

Bakıda 5000 ağac kəsiləcək – AÇIQLAMA – VİDEO
03 Sentyabr 2019 - 19:29

Paytaxtda qurumuş və vətəndaşlar üçün təhlükə mənbəyinə çevrilən 5 min ağacın kəsilməsinə başlanıb. Qurumuş ağaclar ümumilikdə paytaxtın bütün rayonlarını əhatə edir. İl başlayandan indiyə qədər isə 1000-dən çox qurumuş ağac kəsilib.

Bakıda qurumuş ağacların kəsilməsinə başlanıb. Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, paytaxtın 12 rayonu üzrə ümumilikdə beş minə yaxın ağacın quruduğu müəyyənləşib.

Orxan Məmmədov bildirir ki, ağacların kəsilməsində məqsəd təhlükəsizliyin təmin edilməsidir.

Orxan Məmmədovun sözlərinə görə ağacların kəsilməsi zamanı bir çox avtomobillərin prosesə mane olması işlərin ləngiməsinə səbəb olur.

Onu da qeyd edək ki, avqustun 5-də baş verən güclü külək zamanı paytaxtda 50 ağac aşıb, 14-ü kökündən çıxıb. Hadisələr zamanı beş nəfər xəsarət alıb, 10 avtomobil əzilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png