ONN İnformasiya Agentliyi

Bakıdakı kəskin üfunət qoxusu ilə bağlı – NAZİRLİKDƏN AÇIQLAMA

Bakıdakı kəskin üfunət qoxusu ilə bağlı – NAZİRLİKDƏN AÇIQLAMA
06 İyul 2020 - 23:47

Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-nin mütəxəssisləri tərəfindən araşdırma aparılıb.

ONN media xəbər verir ki, bu barədə Oxu.Az-ın soğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, iy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdılığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png