ONN İnformasiya Agentliyi

Bakının bu rayonlarında yaşayan şakinlərə ŞAD XƏBƏR

Bakının bu rayonlarında yaşayan şakinlərə ŞAD XƏBƏR
27 Yanvar 2020 - 11:06

Mənzillərin səyyar dövlət qeydiyyatına alınması yanvarın 27-31 tarixlərində Bakının Nizami və Xətai rayonlarında təşkil ediləcək.

ONN media bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən Yeniavaz.com-a verilən məlumata görə, həftə ərzində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası istismarına icazə verilmiş çoxmərtəbəli binalar üzrə 1032 mənzili əhatə edəcək. Nizami rayonunda səyyar qeydiyyat 27 yanvarda B.Nuriyev küçəsi, 2383-2387-ci məhəllə, 28 yanvarda E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında keçiriləcək. Xətai rayonu üzrə mənzillərin mobil qeydiyyatı 29 yanvarda “Ağ Şəhər”, 1-ci Yaşıl Ada küçəsi, 7, yanvarın 30-da General Şıxlinski küçəsi, 42a, 31 yanvarda isə Ə.Quliyev küçəsi, 1131-ci məhəllə ünvanlarında aparılacaq. Xidmətdən istifadə üçün mənzil sahibləri mobil qeydiyyat ofisinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədləri təqdim etməlidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png