ONN İnformasiya Agentliyi

Bu virusa öyrəşməliyik- İnfeksionist

Bu virusa öyrəşməliyik- İnfeksionist
01 İyun 2020 - 14:07

“Orqanizmimiz digər viruslara öyrəşdiyi kimi, bu virusa da öyrəşəcək”.

Bunu ONN media-a açıqlamasında infeksionist Həmid Hacıağayev deyib.

İnfeksionist bildirib ki, məsafənin saxlanılıb-saxlanılmamasından asılı olmayaraq hava-damcı infeksiyalarından qaçmaq mümkün deyil:

“Karantin müddətində insanların evdə qalması yoluxmaların sayını minimuma endirdi. Tək koronavirus yox, digər xəstəliklər də bu müddətdə səngiməyə doğru getdi. Karantindən çıxmağa doğru irəlilədikcə yoluxmaların sayı artır. Burada qeyri-adi bir şey yoxdur. Biz əsasən pik dövrü keçməli idik ki, birdən-birə hamı xəstələnməsin. Virusun özünü necə aparacağını heç kim bilmirdi. Bütün dünyanın oxşar karantin tədbirlərini reallaşdırması da insanların kütləvi xəstələnməsinin qarşısını almaqla bağlı idi.

COVID-19 yuxarı tənəffüs yollarını zədələyən virus olduğu üçün sezon xarakteri daşıyacaq. Yəni havalar soyuduqca, koronavirusa yoluxma sayı da artacaq. Artıq bu virusla yaşamağa öyrəşməliyik. Orqanizmimiz digər viruslara öyrəşdiyi kimi, bu virusa da öyrəşəcək. İlk mərhələdə orqanizm ilkin reaksiya verdiyinə görə koronavirus özünü aqressiv formada büruzə verdi. Növbəti sezonda adi qrip kimi keçə bilər. Ancaq gigiyena qaydaları ilə bağlı bəzi nüanslara yenə də diqqət etməliyik. Düşünürəm ki, zamanla insanlar psixoloji olaraq bu virusa öyrəşəcəyi təqdirdə problem qalmayacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png