ONN media

Dağıstan Azərbaycana düyü ixracına başladı

Dağıstan Azərbaycana düyü ixracına başladı
13 Dekabr 2019 - 9:11

Rusiya Federasiyasının Dağıstan Respublikasından Azərbaycana düyü ixracına başlayıb.

ONN media xəbər verir ki, Dağıstanın Kənd Təsərrüfatı Nazirliyi ilin sonunadək düyü istehsalının proqnozlaşdırılandan daha çox olacağını gözləyir.

Nazirliyin hesabatına əsasən, düyü istehsalının 97 min tona yaxın olacağı gözlənilir. İlkin proqnozlarda isə bu göstərici 95 min ton qeyd olunurdu.

Hesabatda o da bildirilir ki, Dağıstan düyü ixracı coğrafiyasını genişləndirib. Hazırda bölgə Azərbaycan, İran, Latviya, Vyetnam, Gürcüstan, Hindistan və İsrailə məhsul ixrac edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png