ONN İnformasiya Agentliyi

DİQQƏT: Bakıdan Kiyevə uçuş ləğv edildi

DİQQƏT: Bakıdan Kiyevə uçuş ləğv edildi
28 Fevral 2022 - 16:04

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” aviaşirkəti martın 3-də Bakıdan Kiyev şəhərinə həyata keçirilməli olan uçuşu ləğv edib.

Bu barədə şirkətdən bildirilib.

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Ukraynada davam edən qeyri-sabit vəziyyətlə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysini ləğv etdiyini açıqlayıb.

Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png