ONN İnformasiya Agentliyi

Müəllimlərin və həkimlərin pensiya yaşı dəyişdirilir?

Müəllimlərin və həkimlərin pensiya yaşı dəyişdirilir?
17 Mart 2023 - 14:56

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün qoyulan yaş həddinin artırılmasını təklif edib.

ONN media xəbər verir ki, komitə sədri hökumətin hesabatının müzakirəsi zamanı bildirib ki, həkim və müəllimlərin işçi kimi saxlanılmasında 65 yaş həddi ilə bağlı məsələyə yenidən baxılmalıdır.

Onun sözlərinə görə, rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq həkim və müəllimlərin təqaüd yaş həddi istisna olaraq 70 yaşa qədər artırılması məqsədəuyğun olardı:

“Nazirlər Kabinetindən bu məsələnin nəzərə alınmasını xahiş edirəm”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png