ONN İnformasiya Agentliyi

Onların Qarabağa səfərini təşkil edə bilərik – Deputat

Onların Qarabağa səfərini təşkil edə bilərik – Deputat
12 Sentyabr 2019 - 14:09

Bakıda olan bir sıra ölkələrin Mətbuat Şuralarının nümayəndələrinin Dağlıq Qarabağa səfərini təşkil edə bilərik.

ONN media xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan işğal edilmiş ərazilərinin bir qismini azad edib:

“Hamı Dağlıq Qarabağın Azərbaycanın əbədi ərazisi olduğunu bilir. Şübhə yoxdur ki, işğal altında olan digər ərazilərimiz də azad ediləcək. Yaxşı haldır ki, tədbir iştirakçıları Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması barədə məlumatlıdırlar”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png