ONN İnformasiya Agentliyi

Ramazanın 17-ci gününün duası, imsak və iftar vaxtı

Ramazanın 17-ci gününün duası, imsak və iftar vaxtı
26 Mart 2024 - 20:36

Sabah Ramazan ayının 17-ci günüdür.

ONN media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 27-də imsak vaxtı saat 05:05-də, iftar vaxtı isə 19:14-dədir.

İmsak duası:

“Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin!”.

Tərcüməsi:

“İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları Bilən! Məhəmmədə və onun pak ailəsinə salavat və rəhmət bəxş eylə!”.

İftar duası:

“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, sənin üçün oruc tutdum və sənin ruzinlə iftar edib, yalnız sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png