ONN İnformasiya Agentliyi

Ramazanın 19-cu gününün duası, iftar və imsak vaxtı

Ramazanın 19-cu gününün duası, iftar və imsak vaxtı
09 Aprel 2023 - 20:25

Sabah Ramazan ayının on doqquzuncu günüdür.

ONN media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 10-da imsak vaxtı saat 04:42-də, iftar vaxtı isə 19:28-dədir.

Aprelin 10-u üçün namaz vaxtları:

Sübh azanı 04:47

Zöhr azanı 12:42

Əsr azanı 17:20

Məğrib azanı 19:28

İşa azanı 20:32

On doqquzuncu günün imsak duası:

“Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin!”

Tərcüməsi: “İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png