ONN İnformasiya Agentliyi

Raquf Orucovun oğlu məzun oldu

Raquf Orucovun oğlu məzun oldu
02 İyul 2022 - 8:35

“Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclu ADA Universitetindən məzun olub.

ONN media xəbər verir ki, bu barədə şəhidin həyat yoldaşı Sevinc Orucova feysbuk səhifəsində paylaşım edib.

A.Oruclu magistr təhsilini də ADA Universitetində Dövlət idarəetməsi ixtisası üzrə alacaq.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, I Qarabağ müharibəsi iştirakçısı Raquf Orucov 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png