ONN İnformasiya Agentliyi

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
16 Aprel 2024 - 17:57

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.

ONN media xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Dübəndi” qazpaylayıcı stansiyasında (QPS) “Dübəndi əlaqələndirici” qaz ölçü qovşağının mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun Faiq Yusifov küçəsində yeraltı qaz xəttində korroziya nəticəsində yaranmış qaz sızmalarının ləğv edilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar aprelin 17-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri görülən müddətdə Xəzər rayonunun (Kənd Qala, Xaşa-Xuna bağları, Laçın və Kəlbəcər rayonlarında olan keçmiş məcburi köçkünlərin yaşadığı ərazilər), Nərimanov rayonunun (F.Yusifov, Təbriz, N.Hacıyev, A.Nemətulla, F.X.Xoyski, Ə.Əliyev və Y.V.Çəmənzəminli küçələri), Qaradağ rayonunun (Lökbatan qəsəbəsinin 20 Yanvar, 28 May, M.Ə.Sabir küçələrində və 1-ci, 2-ci massivlər) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png