ONN İnformasiya Agentliyi

Sığortasız mənzillərin sahibləri cərimələnəcək? – VİDEO

Sığortasız mənzillərin sahibləri cərimələnəcək? – VİDEO
10 Yanvar 2020 - 15:06
Sığorta şirkətlərinin vətəndaşların ev ünvanlarına göndərdiyi və mənzilləri sığortalatdırmağı tələb edən, əks təqdirdə müəyyən cərimələr tətbiq ediləcəyini vurğulayan bildirişlər absurddur.
 
ONN media xəbər verir ki, bunu REAL-a müsahibəsində İcbari Sığorta Bürosunun İdarə Heyətinin sədri Rəşad Əhmədov deyib.
 
 
Onun sözlərinə görə, 2011-ci ilin dekabrında qəbul olunmuş qanuna istinad edərək, vətəndaşlar arasında ajiotaj yaratmaq cəhdləri başadüşülən deyil.
 
Bununla belə, İcbari Sığorta Bürosunun rəhbəri hesab edir ki, təşviş yaratmaq yolu ilə yox, maarifləndirmə yolu ilə əhalinin sığortaya cəlb edilməsi vacibdir. Vətəndaşlar sığortalamaqla əmlaklarını mümkün risklərdən qoruya bilərlər.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png