ONN media

Sürücülər üçün son 3 gün – 150 manat cərimə TƏHLÜKƏSİ + VİDEO

Sürücülər üçün son 3 gün – 150 manat cərimə TƏHLÜKƏSİ + VİDEO
12 Noyabr 2017 - 23:17
Avtomobillərin yan şüşələrinə vurulan jalüzlərin istifadə müddətinin bitməsinə 3 gün qalıb.
ONN media-nın Xezerxeber.az-a istinadən məlumatına görə, noyabrın 15-dən sonra avtomobillərin yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitlərdən istifadə edən sürücüləri 150 manatlıq cərimə gözləyir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bununla bağlı olan mövcud qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına ehtiyac var.
Ərşad Hüseynov hesab edir ki, yenilik qəbul edilərsə, hər dəfə mövsümi dəyişikliyə ehtiyac olmaz. Hazırda qüvvədə olan qanunvericiliyə görə isə avtomobilin arxa şüşəsini istənilən səviyyədə məhdudlaşdırmağa icazə verilir. Bu işlə məşğul olanları isə şəhərin müxtəlif ərazilərində görmək mümkündür.
Yol polisi isə elan edilən tarixdən sonra qaydalara uyğun avtomobili idarə etməyən sürücülərin cərimələnəcəyini bildirir.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png