ONN İnformasiya Agentliyi

Tələbələr universiteti rahat dəyişə bilməlidir – Ekspert

Tələbələr universiteti rahat dəyişə bilməlidir – Ekspert
15 Noyabr 2017 - 8:49
Azərbaycanda fəaliyyət göstərən universitet və kolleclərin müasirləşməsi, standartlara, əmək bazarının tələblərinə cavab verməsi və dünya reytinqində olması üçün bir sıra tədbirlər həyata keçirilməlidir.
ONN media xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib. Onun bildirib ki, ilk növbədə universitetlərin dövlət dəstəyi, əhəmiyyətli dərəcədə maliyyələşdirilməsi və güclü maddi-texniki baza ilə təmin olunması həyata keçirilməlidir:
“Yalnız bundan sonra dünyanın ən görkəmli alimlərini və müəllimlərini bizim universitetlərdə dərs keçmələri üçün dəvət etmək lazımdır. Universitetlər arasında liderlik uğrunda rəqabət mühiti yaradılmalıdır”.
Təhsil ekspertinin sözlərinə görə, hazırda Azərbaycanda çevik təhsil sisteminin olmaması da universitetlərin reytinq cədvəlində yer tutmasının səbəbləri sırasındadır:
“Tədris prosesində tələbələrin universitetləri və fakültələri sərbəst dəyişmək imkanı ilə təmin edilməsi arzuolunandır”.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png