ONN media

TAM-ın növbəti tədbiri Cocuq Mərcanlıda keçiriləcək

TAM-ın növbəti tədbiri Cocuq Mərcanlıda keçiriləcək
25 Oktyabr 2019 - 11:55

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəsdəyilə “Turan Araşdırma Mərkəzi” İB “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!”  layihəsi Respublikanın regionlarında uğurla davam edir.

Layihə çərçivəsində növbəti tədbir cari ilin oktyabr ayının 26-sı saat 12:30-da, Cəbrayıl rayonunun işğaldan azad edilmiş  Cocuq Mərcanlı kəndində sakinlərlə keçirəcək.

Layihənin keçirilməsində əsas məqsəd, Vətənə məhəbbət, ölkə ərazisinin bütövlüyünün, dövlətçiliyimizin qorunmasına hər an hazır olmağı bir daha insanlara aşılamaqdır.

Eyni zamanda insanlarımıza Azərbaycanın müstəqilliyini həzm edə bilməyən, zaman-zaman böyük güclərin təsirindən istifadə edərək Azərbaycana qarşı torpaq iddiaları qaldıran xalqlar, millətimizə qarşı soyqırımlar törədən, xaricdən yönələn təhdidlərin, ölkəmizi etnik parçalanma əsasında bölmək cəhdlərinin, ölkəmizin dövlətçilik sütünlarını sarsıtmaq arzusunda olan qüvvələrin Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməmələrini aşılamaqdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png