ONN İnformasiya Agentliyi

Vasif Talıbova daha bir zərbə

Vasif Talıbova daha bir zərbə
02 Yanvar 2023 - 21:13

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsinin qardaşı oğlu Fərid Novruzov DİN sıralarından uzaqlaşdırılıb.

ONN media xəbər verir ki, bu barədə Ovqat.com-a Daxili İşlər Nazirliyindən bildirilib.

“Naxçıvanın daxili işlər orqanlarında artıq Fərid Novruzov adlı şəxs işləmir”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, Naxçıvandan aldığımız məlumata əsasən, Vasif Talıbovun yeznəsi 3 gün əvvəl Siyaqut kəndindəki özünəməxsus yanacaqdoldurma məntəqəsinin arxasında çayçı açıb və oranı idarə etməyi öz qardaşı oğlu Fərid Novruzova tapşırıb. Fərid Novruzov bu vaxta qədər həm də yol polisi işləyirmiş.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png