ONN İnformasiya Agentliyi

Yağ alarkən bunlara diqqət edin

Yağ alarkən bunlara diqqət edin
28 İyul 2019 - 14:18

Hər gün qida rasionunda yer alan məhsullardan biri də yağlardır. Lakin bir çox yağların tərkibində qatqı olması da, heç kəsə sirr deyil.
Bəs tərkibi məlum olmayan, saxta yağların insan orqanizmi üçün hansı təhlükələri var?
Mövzu ilə bağlı danışan terapevt Vəfa Əhmədova bildirib ki, saxta yağlar insan sağlamlığı üçün olduqca təhlükəlidir.
“Yağlar insan orqanizmi üçün lazım olan qida məhsuludur. Lakin bu qidanın keyfiyyət baxımından təmiz olması vacib şərtdir. Hazırda bir çox kərə yağlarına palma, sana, bitki yağları qarışır ki, bu da insan orqanizmi üçün zərərlidir. Belə ki, tərkibi təmiz olmayan, qatqılı yağlar, ürək, qan-damar, infarkt, şəkərli diabet, mədə-bağırsaq və s. xəstəliklərə yol açır. Uşaqlarda inkişafdan qalma, çəki azlığı və yaxud əksinə piylənmə kimi ciddi problemlərə yol açır. Təmiz kərə yağı isə bədənin yağ mübadiləsini tənzimləyə bilir.”
V.Əhmədova onu da qeyd etdi ki, yağ alarkən qiymətə deyil keyfiyyətə baxmaq lazımdır.(lent.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png