ONN MEDİA

Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verildi

Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verildi
19 İyun 2019 - 14:12

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova Milli Məclisdə yeni vəzifə verilib.

ONN media xəbər verir ki, dünən Azərbaycan Respublikası Milli Məclisi Aparatında və İşlər İdarəsində inzibati vəzifə tutan bir qrup dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında sərəncam imzalanıb.

Sərəncamda Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı Aynar Elton oğlu Məmmədovun da adı qeyd olunur. Bu gündən Aynar Məmmədov sözügedən şöbənin baş müşaviri vəzifəsində çalışacaq.

Məsələ ilə bağlı Elton Məmmədov bildirib ki, Aynar Məmmədov uzun illərdir Milli Məclisdə çalışır:

“Əvvəl kiçik məsələhətçi, sonra kiçik müşavir, bu gündən isə baş müşavir vəzifəsində öz işini davam etdirəcək”.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP