ONN İnformasiya Agentliyi

Açıq suallara görə imtahanların vaxtı artırılacaq?

Açıq suallara görə imtahanların vaxtı artırılacaq?
05 May 2023 - 14:17

Açıq suallara görə növbəti illərdə buraxılış imtahanlarının vaxtının artırılıb-artırılmayacağına aydınlıq gətirilib.

ONN media Report-a istinadən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında imtahanların müddətinin standartlara uyğun müəyyən edildiyini bildirib.

O qeyd edib ki, bəzi sualları cavablandırmaq üçün orta hesabla 1-2 dəqiqə vaxt lazımdır:

“Təbii ki, açıq suallar daha çox vaxt aparır. Lakin elə qapalı suallar var ki, orada heç bir dəqiqə belə tələb olunmur, həmin sualı 1 saniyədə cavablandırmaq mümkündür. Məsələn, sual olunur ki, qonşu bucaqlar hansılardır? Bu suala baxanda anında cavab vermək olar. Burda hesablama aparmaq tələb olunmur. Bu halda həmin suala ayrılan vaxt digər suallara sərf oluna bilər. Şagirdlərin biliyini daha dərindən qiymətləndirmək üçün buraxılış imtahanlarını iki mərhələdə keçirmək olar. Lakin hazırda buna ehtiyac yoxdur”.

M.Abbaszadə bildirib ki, hazırkı modellə uşaqların bilik səviyyəsini qiymətləndirə bilirlər:

“Növbəti mərhələ qəbul imtahanları mərhələsidir. Buraxılış imtahanlarının sualları necə standartlara uyğun hazırlanmışdısa, qəbul imtahanları da o şəkildə təşkil olunacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png