ONN İnformasiya Agentliyi

Bakıda intihara cəhdin qarşısı alındı

Bakıda intihara cəhdin qarşısı alındı
16 Yanvar 2022 - 19:42

Bakıda intihara cəhdin qarşısı alınıb.

Bu barədə ONN media Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nəsimi rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png