ONN İnformasiya Agentliyi

Damarların daralmasının qarşısını alan yeganə qida! – Gündə bir ovuc kifayətdir

Damarların daralmasının qarşısını alan yeganə qida! – Gündə bir ovuc kifayətdir
07 İyun 2023 - 17:34

Noxud yüksək qida dəyərinə malik çərəz olduğu üçün orqanizmin ehtiyac duyduğu bəzi vitamin və mineralların çatışmazlığını aradan qaldırır. Xüsusilə idmançıların idmandan əvvəl istehlak etdikləri bu qidanın tərkibində natrium, kalium, kalsium, dəmir, zülal, lif, A vitamini və C vitamini var.

ONN media xəbər verir ki, ağ noxud mədədəki turşuluğu tarazlaşdıraraq mədə yanmasına müsbət təsir edir. Xüsusilə reflü, qastrit və xora kimi mədə xəstəliklərinin riskini azaldır.

Pəhriz qidaları arasında ilk sırada olan ağ noxud, tərkibindəki lif sayəsində uzun müddət toxluq hissi verir, qısa zamanda arıqlamağa kömək edir. Lif sayəsində xolesterin səviyyəsini tarazlıqda saxlayaraq infarkt, insult kimi xəstəliklərin riskini azaldır.

Xüsusilə damarların daralmasının qarşısını alır.Tərkibindəki antioksidant sayəsində orqanizmi qısa müddətdə təmizləyir və bərpasını dəstəkləyir. Bundan əlavə, tərkibindəki yağlar dəri hüceyrələrinin qısa müddətdə yenilənməsini təmin edərək qırış kimi dəri problemlərini önləyir.

Bədənin gündəlik protein miqdarını qarşılamaq üçün gündə bir boşqab qırmızı ət istehlak edilməlidir. Amma ət istehlak etməyənlər qırmızı ətin qarşıladığı zülalı təmin etmək üçün gündə bir kasa ağ noxud yeməlidirlər. Kalsium sümük və dişlərin inkişafı üçün vacib bir maddədir.

Ağ noxud tərkibində olan bu maddə sayəsində sümük sisteminin inkişafına kömək edir. Xüsusilə inkişaf yaşında olan uşaqlar və hamilə qadınlar tərəfindən istehlak edilməlidir.

Ana südünü artırma xüsusiyyətinə də malikdir.Natrium maddəsi qanda təzyiqi tarazlaşdırır. Noxud natrium baxımından da təsirli bir qidadır. Bu sayədə yüksək təzyiq kimi ciddi vəziyyətlərin də qarşısını alır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png