ONN İnformasiya Agentliyi

Gözəllik və sağlamlıq üçün möcüzəvi həll yolu

Gözəllik və sağlamlıq üçün möcüzəvi həll yolu
30 May 2023 - 15:49

Bu möcüzə qarışımın tərkibində portağal, banan, küncüt və kətan toxumu var. Niyə məhz bu komponentlər?

ONN media xəbər verir ki, banan lif, dəmir və həmçinin kaliumla zəngindir. Qan təzyiqi və qlükoza səviyyəsini tənzimləyən bir məhsuldur.

Kətan toxumu və küncüt toxumu dişlər, saçlar və dəri üçün vacib olan mineralların əla mənbəyidir.

Portağal isə C vitamini, sink, mis, dəmir və fosfor sayəsində immuniteti və qan dövranını yaxşılaşdırır.

Qarışımı hazırlamaq üçün sizə lazım olacaq:

– 1 banan

– 1 portağal

– 2 yemək qaşığı kətan toxumu

– 3 çay qaşığı küncüt

– 200 ml su

Hazırlanması:

Meyvələri soyun. Onu hissələrə ayırın. Blenderdən keçirin.Sonra toxumları və suyu əlavə edin.

Birlikdə ocağın üzərində bişirin.

Bunu səhər yeməyindən yarım saat öncə və ya axşam yeməyi əvəzinə istehlak edə bilərsiniz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png