ONN İnformasiya Agentliyi

Kökəlmək üçün nə etməliyik?

Kökəlmək üçün nə etməliyik?
28 Mart 2023 - 10:12

Sağlam kökəlmək istəyənlər çəki artımına mane olan səbəbi araşdırmalı və nədən şübhələnməli olduqlarını bilməlidirlər.

ONN media xəbər verir ki, kökəlməyə mane olan ilkin səbəblərdən biri qurd xəstəlikləridir, bağırsaq parazitlərini bədəndən xaric etmək üçün belə qarışıqdan istifadə edin:

– Dağtərxunu çiçəyi – 50 qram

– Boymadərən otu – 50 qram

– Qızılçətir otu – 50 qram

– Səna yarpağı – 50 qram

Bu tərkib, demək olar ki, bütün qurdları tökür. Bu bitkiləri bir-birinə qarışdırın, 2 xörək qaşığı qarışığı 3 stəkan qaynar suya tökün və çaynikdə dəmləyin, süzün və termosa tökün. Böyüklər gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan, uşaqlar yarım stəkan olmaqla, yeməkdən əvvəl içə bilər. Dəmləmə çox acı olduqda ona bal qatmaq olar.

İkinci səbəb zob xəstəliyidir. Bu zaman nə qədər yemək yeyilsə də, yenə də adam arıqlayır. Sizdə hansı zobun olduğunu və qanda yodun miqdarını bilmək lazımdır. Əgər yod azdırsa, aşağıdakı qarışımdan istifadə edə bilərsiniz:

Bunları bir-birinə qarışdırıb, qarışımdan 3 çay qaşığı 3 stəkan qaynar suda dəmləyib, süzün, sonra termosa tökün, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için.

– Qaytarma otu– 50 qr

– Öksəotu – 50 qr

– Qoz arakəsməsi – 50 qr

– Əgər yod çoxdursa, aşağıdakı qarışımı yoxlayın.

– Öksəotu – 50 qr

– Sofora qönçələri – 50 qr

– Damotu – 50 qr

– Zəncəfil kökü – 50 qram

Bu da birinci kimi içilir. İçdikdən sonra əsəblərə fikir vermək lazımdır.

Həm yodun artıqlığı zaman, həm də yodun azlığı zaman ud hindi bikisinin köklərindən istifadə edə bilərsiniz, köklər toz halına salınır, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı ağıza atılır, üstdən 1 stəkan su içilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png