ONN İnformasiya Agentliyi

Koronavirusu yaymaqda ittiham edilən qadın: “Məni öldürün amma uşaqlarıma toxunmayın” – VİDEO

Koronavirusu yaymaqda ittiham edilən qadın: “Məni öldürün amma uşaqlarıma toxunmayın” – VİDEO
01 Aprel 2020 - 22:32

Ukraynaya ilk dəfə koronavirusu gətirməkdə ittiham olunan Çernivtsi bölgəsinin sakini müraciət edib.

ONN media  xəbər verir ki, o insanlardan bağışlanmasını istəyib. “Məni öldürün. Kəsin-doğrayın. Amma uşaqlarıma və nəvələrimə toxunmayın” – deyən qadın artıq sağaldığını bildirib.

Qeyd edək ki, İtaliyadan qayıdan Yelizaveta adlı qadın özünü karantina almayaraq, virusu yaymaqda ittiham edilir. O ölüm təhdidləri alır. Koronavirus Ukraynada ilk dəfə Çernivtsi bölgəsində ortaya çıxıb. Ukraynada koronavirusdan 17 nəfər həyatını itirib. 669 nəfər virusa yoluxub.(publika.az)

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png