ONN İnformasiya Agentliyi

Makiyaj edərkən bunlara diqqət edin – Xəstəliklərə yol aça bilər

Makiyaj edərkən bunlara diqqət edin – Xəstəliklərə yol aça bilər
22 İyun 2023 - 17:21

Makiyaj materiallarının bəzi dermatoloji yan təsirləri ola bilər.

ONN media xəbər verir ki, dəri və zöhrəvi xəstəliklər mütəxəssisi Prof. Dr. Deniz Seçkin makiyaj məhsullarından istifadə edərkən bəzi məqamlara diqqət yetirmək lazım olduğunu bildirib.

“Makiyaj etmək bir çox qadın və gənc qızlar üçün gündəlik həyatının bir hissəsidir. Makiyaj məhsullarına bağlı olaraq müxtəlif dermatoloji yan təsirlər meydana gələ bilər. Bu yan təsirlərdən ən əhəmiyyətlisi makiyaj məhsullarına bağlı allergik dəri töküntüləridir. Bu allergik reaksiyalar xüsusilə makiyaj vasitələrinin təmasda olduğu yerlərdə dəridə qızartı, qaşınma və kəpək kimi özünü göstərir. Göz qapaqları və göz ətrafındakı dəri nazik və həssas olduğundan bu bölgələrdə allergik reaksiyalar daha çox olur. Əgər daha əvvəl bir şəxsdə makiyaj məhsullarına görə allergik reaksiya yaranıbsa və bu reaksiyaya səbəb olan maddə dəri testi ilə aşkar edilibsə, həmin şəxs daha diqqətli olmalıdır. Alınan məhsulların etiketini yoxlamalı, allergik maddənin məhsulda olub-olmadığına baxılmalıdır”,-deyə həkim bildirib.

Onun sözlərinə görə, xüsusilə yağlı örtücülər və tonal kremlər üz dərisindəki məsamələri bağlaya bilər, bu da yağlı dərili insanlarda və sızanaqların, qara nöqtələrin əmələ gəlməsinə səbəb ola bilər. Bu səbəbdən dərisi yağlı olan və sızanaqlara meylli insanlar örtücü və qatı məhsullardan istifadə etməməlidirlər.

“Günəş şüalarına (ultrabənövşəyi) məruz qalma dərinin vaxtından əvvəl qocalmasına səbəb ola bilər. Bu səbəbdən bayıra çıxmazdan əvvəl günəş kremindən istifadə etmək məqsədəuyğundur. Makiyajdan əvvəl günəş kremindən istifadə etmək istəməyən insanlar ultrabənövşəyi şüalardan qoruyan makiyaj məhsullarından da istifadə edə bilərlər. Digər mühüm məsələ isə makiyaj materiallarının insanın öz dəri tipinə uyğun olmasıdır”,-deyə dermatoloq əlavə edib.

Həkim onu da xüsusi vurğulayıb ki, makiyaj məhsulları alarkən istifadə müddətini yoxlamaq lazımdır. İstifadə müddəti bitmiş məhsullar istifadə edilməməlidir. Bu məhsulların tərkibində zamanla bakteriya ola bilər və xüsusilə göz ətrafı və kirpiklər üçün istifadə edilən məhsullar kirpiklərdə və gözün konyunktiva təbəqəsində infeksiyalara səbəb ola bilər. Makiyaj məhsullarını başqası ilə paylaşmamaq və ən azı həftədə bir dəfə makiyaj üçün istifadə edilən fırçaları təmizləmək lazımdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png