ONN İnformasiya Agentliyi

Muradov Bakıdan İrəvana uçur: əsirləri yox, cəsədləri aparır

Muradov Bakıdan İrəvana uçur: əsirləri yox, cəsədləri aparır
17 Noyabr 2021 - 20:58

Rusiya Cənub Hərbi Dairəsi komandanının müavini, general-leytenant Rüstəm Muradov noyabrın 17-də axşam saatlarında Bakıdan İrəvana uçacaq.

ONN media  xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Bildirilib ki, “Karqo-200” təyyarəsini göyərtəsində sərhəddə baş verən toqquşmalar nəticəsində həlak olan erməni əsgərlərin cəsədləri var.

“Sputnik Ermənistan”nın yaydığı məlumatda isə bildirilir ki, təyyarədə heç bir məhbus yoxdur.

Qeyd edilib ki, Muradov tərəflər arasında silahlı insidentlərin qarşısının alınması mexanizminin hazırlanması üçün danışıqlar aparacaq. Söhbət Ermənistan-Azərbaycan sərhədində, Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənarda vəziyyətin nizamlanmasından gedir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png