Hicri-qəməri tarixi ilə bu gün- məhərrəm ayının 10-u Aşura günüdür.
"Aşura" ərəb sözüdür və onuncu deməkdir. Tarixi mənbələrə əsasən, Kərbəla hadisəsindən əvvəl də Aşura gününə müsəlmanlar arasında özünəməxsus şəkildə önəm verilib. Lakin hicrətin 61-ci ilində məhərrəm ayının 10-da İmam Hüseyn(ə) və onun 72 səhabəsi İraqın Kərbəla səhrasında zalım Bəni-Üməyyə xəlifəsi Yezid ibni Müaviyənin göstərişi ilə şəhid edilib. İmam Hüseynlə (ə) birgə bütün 72 nəfərin başı bədənindən ayrılır. Başsız bədənlər üstündə atlar çapılır. Başlar isə nizələrə vurularaq, digərlərinə ibrət olsun deyə İraq və Şam şəhərlərində gəzdirilir. İmam Hüseynin (ə) ailəsi isə əsir götürülür və Dəməşqə Yezidin hüzuruna aparılır. Hadisənin 14 əsr bundan əvvəl baş verməsinə baxmayaraq, hər il bu qanlı hadisəni yüz milyonlarla insan xatırlayır və onu digər nəsillərə təlim edir. Zülm qarşısında qorxmazlıq hissi bu müqəddəs ayın ən bariz əlamətidir. İmam Hüseyn ibni Əli (ə) Həzrəti Məhəmməd (s.ə.s) peyğəmbərin nəvəsi olmaqla yanaşı, həm də, birinci İmam Həzrət Əlinin (ə) oğlu, eyni zamanda müsəlman ümmətinin üçüncü imamıdır. İslam peyğəmbərinin ən sevimlisi olan İmam Hüseyn (ə) hicri tarixinin 4-cü ilinin şaban ayında dünyaya göz açıb. Peyğəmbərdən nəql edilən çoxsaylı hədislərə görə, o, cənnət gənclərinin ağasıdır. Qurani-kərimdə "Əhzab" surəsinin 33-cü ayəsinə əsasən, beş müqəddəs insandan təşkil edilmiş Əhli-beyt ailəsinin biridir. Səhabələrdən nəql edilən hədislərə əsasən, o, peyğəmbərin ən sevimli nəvələrindən olub və Həzrət Məhəmməd (s) Hüseyn (ə) düşmənlərini hələ öz sağlığında peyğəmbər düşmənləri adlandırıb. Aşura günü baş verən faciə hərb baxımından adi görünsə də, az keçməmiş, bu faciə islam dünyasında yeni və ciddi siyasi hərəkatlar yaradır. Tövbəkarlar qiyamı, Zeyd ibni Əlinin qiyamı, daha sonra Yəhya ibni Zeydin, Nəfsi Zəkiyyə, Məhəmməd ibni Qasim, Təbatəbai Hüseyni və Təbəristanlı Ələvilərin qiyamı və zülmkar hökumətlərə qarşı digər qiyamlar Aşura faciəsinin nəticəsində baş verib. Nəhayət, Əbu Muslim Xorasaninin İmam Hüseynin (ə) intiqamını almaq niyyəti ilə başlatdığı Abbasilər qiyamı sonda hicrətin 139-cu ilində Bəni-Üməyyə hakimiyyətinə son qoyur. Amma İmam Hüseyn (ə) qiyamının şüarları ilə həyata keçirilən qiyamlar bunlarla bitmir və tarix boyu dəfələrlə təkrarlanıb. Aşura faciəsi bir daha sübut edir ki, zülm və işğalçılıq fədakarlıq, qorxmazlıq və mərdliyin qarşısında acizdir, həmişə də aciz qalacaq. Bunu İmam Hüseynin (ə) Kərbəlada göstərdiyi şücaət, və mərdanəlik sübuta yetirib. Aşuranı yaşadan və xatirələrdən silinməsinə imkan verməyən əsas amil ondan ibarətdir ki, Aşura heç bir qurum tərəfindən təbliğ edilmir və ona sevgi ədalətsevərlərin öz içindən qaynaqlanır.Bu gün Aşuradır



Məhərrəm ayı bu tarixdə başlayır
Məhərrəm ayının başlanma tarixi açıqlandı
Məhərrəm ayı başlayır
Bu gün Aşura günüdür
Sabah Məhərrəm ayının başlanması ilə əlaqədar fətva veriləcək
Bu gündən Məhərrəm ayı başlayır
Azərbaycanda Aşura mərasimləri keçirilir
Bu gün Səfər ayının sonuncu günüdür
Sabah Məhərrəm ayı başlayır
Sabah Səfər ayı başa çatır
Aşura ilə əlaqədar qanvermə aksiyası başladı
Nə qədər ki, yer üzündə zülm, ədalətsizlik, haqsızlıq var.... CAVİD İSMAYIL YAZIR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 