Azərbaycanda 2025-ci ildə Məhərrəm ayı iyunun 26-da başlayacaq.
Bu barədə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) rəsmi təqviminə istinadən xəbər verir.
İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.
Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyulun 5-nə təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm - İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür və bütün müsəlman aləmində matəm və hüzn içində yad edilir.
Qeyd edək ki, 2025-ci ildə Məhərrəm ayı iyulun 25-də başa çatacaq. Bu müddət ərzində bir çox bölgələrdə dini mərasimlər, ehsanlar, maarifləndirici moizələr və anım tədbirləri təşkil edilir. Əksər məscidlərdə isə Kərbəla şəhidləri ilə bağlı dualar oxunur, İmam Hüseynin fədakarlığı və ədalət uğrunda apardığı mübarizədən bəhs edilir.
Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən Məhərrəm ayı müddətində dini mərasimlərin dini-etnik harmoniyaya uyğun, qanunvericilik çərçivəsində və ictimai asayişi pozmadan keçirilməsi tövsiyə olunur



Məhərrəm ayının başlanma tarixi açıqlandı
Bu gündən Məhərrəm ayı başlayır
Məhərrəm ayı bu tarixdə başlayır
Məhərrəm ayı başlayır
Sabah Səfər ayı başa çatır
Sabah Məhərrəm ayının başlanması ilə əlaqədar fətva veriləcək
Sabah Məhərrəm ayı başlayır
Bu gün Aşura günüdür
Sabahdan Azərbaycanda Məhərrəm ayı başlayır
Məhərrəm ayı bu tarixdə başlayacaq
Bu gün Səfər ayının sonuncu günüdür
Azərbaycanda Məhərrəmlik ayı nə zaman başlayacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 