Polis əməkdaşları xidmətdən kənar vaxtı belə ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə fəallıq göstərirlər.
DİN -dən ONN media -ya verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində soyğunçuluq edən şəxs polis əməkdaşının sayıqlığı və çevikliyi sayəsində yaxalanıb.
Belə ki, oktyabrın 17-də axşam saatlarında Nizami RPİ-nin Post-Patrul Xidməti Bölüyünün əməkdaşı, polis baş serjantı Atakişi Quliyev xidmətdən kənar vaxtı Ə.Vəliyev küçəsindəki binaların birinin girişində bir nəfərin qadına zor tətbiq edərək pulqabısını götürüb aradan çıxdığını görüb, cəld onu təqib edərək saxlayıb.
Soyğunçuluqda şübhəli bilinən şəxs 25-ci Polis Şöbəsinə təhvil verilib.
Araşdırmalarla onun Şabran rayon sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Umayev olduğu, zorla həmin qadının içərisində pulu və sənədi olan pulqabısını əldə etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb



Qadına qarşı soyğunçuluq etdi- SAXLANILDI
İctimai nəqliyyatı özlərinə "iş yeri" seçənlər saxlanılıb
Polis əməkdaşlarının çevikliyi sayəsində...
Bazarda qadına qarşı quldurluq edilib
Bakının mərkəzində qadına qarşı CİNAYƏT
Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirdi
Məhkum olmuş şəxs cibgirliyə görə saxlanıldı
Polis çeviklik göstərdi
Metroda cibgir yaxalandı
Oğurluğa cəhd edən şəxs saxlanılıb
Bakıda qadınları soyan şəxs tutuldu
Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıbla
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 