ONN İnformasiya Agentliyi

Ərdoğan seçkidən sonra ilk səfərini bu ölkəyə edəcək ?

Ərdoğan seçkidən sonra ilk səfərini bu ölkəyə edəcək ?
30 May 2023 - 12:46

Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə prezidenti seçiləndən sonra ilk səfər edəcəyi ölkə Moldova olacaq.

ONN media xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Məlumata görə, prezident 1 iyunda Moldovada AB və 20-yə yaxın ölkə liderinin qatılacağı Avropa Siyasi Birliyi iclasında iştirak edəcək.

Qeyd edək ki, bu, Türkiyə Prezidentinin hansısa ölkəyə rəsmi səfəri deyil, Avropa Siyasi Birliyinin iclasında iştirakdır və həmin iclasda Azərbaycan Prezidenti də olacaq və Fransa və Almaniya liderləri Makron və Şoltsun vasitəçiliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.

Ərdoğanın 12-ci prezident kimi hələ andiçmə mərasimi keçirilməyib. Onun andiçmə mərasimindən və 12-ci prezident kimi fəaliyyətə başladıqdan sonra gedəcəyi ölkə ilk səfəri olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png