ONN İnformasiya Agentliyi

Ərdoğan və Putin nəyi müzakirə edəcək?

Ərdoğan və Putin nəyi müzakirə edəcək?
18 Avqust 2022 - 21:54

Lvovda Türkiyə və Ukrayna liderləri və BMT Baş katibi Antonio Quterreş arasında baş tutan görüşdə əsirlərin mübadiləsi müzakirə edilib.

ONN media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lvovda baş tutan görüşün nəticələrinə dair mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bu gün baş tutan görüşün nəticələrini Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə edəcək.

Bundan əlavə, Ərdoğan Türkiyədən Ukraynaya 98 yük maşını humanitar yardımın göndərildiyini, 325 minə yaxın ukraynalının ölkədə müvəqqəti qalmaq üçün qəbul edildiyini də vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png