Bu gün Serj Sarkisyan prezident kürsüsündə onu əvəzləyəcək əsas namizədin adını açıqlayıb. O, hazırda Böyük Britaniyada səfir Armen Sarkisyana hakim Respublika Partiyasının prezidentliyə rəsmi namizədi olmasını təklif edib.
Parlamentdə Respublika Partiyasının üzvlərinin sayının ümumi deputatların yarısını təşkil etdiyini nəzərə alaraq, Armen Sarkisyan martın 2-də parlamentdə keçiriləcək səsvermə zamanı qalib gəlməsi üçün tələb olunan 5/3 səs çoxluğunu qazanacağı heç kimdə şübhə doğurmur.
ONN media modern.az-a istinadən Ermənistanın potensial prezidenti Armen Sarkisyan haqda qısa informasiyanı təqdim edir.
Armen Vardanoviç Sarkisyan 1953-cü il iyunun 23-də Yerevanda anadan olub. O, 1970-1976-cı illərdə Yerevan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsində təhsil alıb. Aspirant təhsili aldıqdan sonra fizik kimi fakültədə qalan Sarkisyan 1984-1985-ci illərdə Kembric Universitetində də çalışıb.
Armen Sarkisyan 1992-1993, 1998-2000, 2013-2018-ci illərdə Böyük Britaniyada səfir kimi çalışıb. Bundan başqa, 1996-1997-ci illərdə o, Levon Ter-Petrosyan hökumətində təmsil olunaraq baş nazir postuna təyinat almışdı.
Uzun illər Böyük Britaniyanın paytaxtı Londonda yaşayan Armen Sarkisyanın bu ölkədə geniş biznes maraqlarının olduğu, yerli siyasətçilər, hətta kral ailəsinin üzvləri ilə dostluq münasibətləri qurduğu bildirilir.
Maraqlıdır ki, 1996-cı ilin dekabrından 1997-ci ilin fevralına qədər qısa müddət baş nazirlik edən Armen Sarkisyanın həmin vaxt müdafiə naziri, ölkədə böyük avtoritetə malik Vazgen Sarkisyanla biznes maraqları toqquşmuş, nəticədə o müdafiə naziri tərəfindən döyülmüşdü. Bundan sonra ölkəni tərk edən Sarkisyan səfir kimi Londona dönmüşdü. Sonralar o, xəstəliyi ilə bağlı postunu tərk etdiyini bildirsə də, ictimaiyyət onun sözlərinin səmimiliyinə inanmamışdı.
O məhz İngiltərəyə döndükdən sonra 2000-ci ilin əvvəllərindən başlayaraq bir neçə investisiya şirkəti yaradır. Armen Sarkisyan həmin şirkətlərin Direktorlar şurasının da sədri seçilir. Bu şirkətlər arasında “Knightsbridge Group” və “Highbury Group” xüsusilə seçilirlər. Belə ki, adil çəkilən şirkətlərə 25 firma daxildir. Bu firmalar telekommunikasiya, kənd təsərrüfatı, daşınmaz əmlak və energetika kimi fərqli sahələrdə fəaliyyət göstərir.
Armen Sarkisyanın şirkətləri Vyana, London, Paris, Moskva, Varşava, Kiyev və Alma-Ata kimi şəhərlədə ofislərə malikdir.
Armen Sarkisyanın ailəsi haqda geniş informasiya olmasa da, Vartan adlı böyük oğlunun İKT sahəsində bizneslə məşğul olduğu və “Knightsbridge Group” şirkətinin icraçı direktoru olması xəbər verilir.
64 yaşlı Armen Sarkisyanın martın 2-də prezident seçildikdən sonra biznesini oğlu Vartana ötürəcəyi ehtimal olunur.
Xatırladaq ki, son konstitusiya dəyişikliyinə əsasən, prezident əsasən mərasim funksiyalarını həyata keçirən, real icraedic i funksiyaların olmadığı şəxs sayılacaq. Real hakimiyyət isə baş nazir və parlament arasında bölüşdürələcək.



Sarkisyan Azərbaycanla olan sərhədlərə görə Putindən KÖMƏK İSTƏDİ
Sarkisyan xəstəxanaya yerləşdirildi
Ermənistan prezidenti xəstəxanadan buraxıldı
Sarkisyan prezidentliyə namizədinin adını bu gün elan edəcək
Ermənistan prezidentilyinə namizəd Moskvanın razılığını almağa gedir
Ermənistanda prezident seçkilərinin tarixi bəlli oldu
Ermənistanın sabiq müdafiə naziri Rusiyaya səfir təyin edildi
Sarkisyan Ermənistan baş nazirliyinə namizəd irəli sürüldü
Paşinyan və Sərkisyandan əks təyinat
Sarkisyan onlarla mühüm görüş keçirdi
Sarkisyan hökumətin istefasını qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 