BMT Baş Katibinin sözçüsü Stefan Duyarriç Yaxın Şərqdə son günlər artan gərginliklə bağlı açıqlama verib. ONN media xəbər verir ki, Duyarriç ötən həftənin cümə günündən etibarən İsrail, Qəzza, Livan, Suriya, İraq və Səudiyyə Ərəbistanında pilotsuz uçan aparatlar (PUA) və raket zərbələrinin müşahidə edildiyini bildirib. O, gərginliyin müşahidə edildiyi ölkələrə çağırış edərək Yaxın Şərqin növbəti müharibənin yükünü qaldıra bilməyəcəyini qeyd edib. Qeyd edək ki, son günlər İsrail Suriyaya hücumlarını intensivləşdirib. Bundan başqa İraqda “Həşd Şabi” mövqelərinə də zərbələr endirməyə başlayıb. İsrail hava qüvvələrinə məxsus PUA-lar 2006-cı ildən sonra ilk dəfə Livan ərazisinə də hücumlar etməyə başlayıb. Hizbullah lideri Həsən Nəsrullah isə çıxışında bildirib ki, İsrail 2006-cı ildə 33 günlük müharibədən sonra ilk dəfə olaraq Livan sərhədlərini pozaraq ölkə ərazisinə müdaxilə edir. Eyni zamanda o, İsraili qisas əməliyyatı ilə hədələyib. Həsən Nəsrullah bildirib ki, bundan sonra İsrail əhalisi normal şəkildə yaşaya bilməyəcək. İsrail ordusuna müraciət edən Nəsrullah “sərhəddəki İsrail ordusuna üz tuturam, hazırlıq vəziyyətində olun və bizi gözləyin. Bir gün, iki gün, üç gün, sadəcə gözləyin” - deyib.BAKU.WS
Dünyada yeni savaş başlayır: İsraildən "müharibə elanı"



İsrail ordusu Livana girdi
Livan İsraili raket atəşinə tutdu
Rəsmi Bakı bununla bağlı çağırış etdi
“Hizbullah” İsraili hədələdi
İsrail HƏMAS-ın mövqelərini bombaladı
İsrail Qəzza zolağına zərbələr endirdi
İsrail Hizbullahın mövqelərinə zərbə endirdi
İsrail şok etiraf etdi- HÜCUM QAÇILMAZDIR!
İsrail HƏMAS mövqelərinə zərbələr endirdi
İsraildən ŞOK AÇIQLAMA- Hücuma hazırlaşırıq!
İsrail ordusu Livanın PUA-sını məhv etdi
Dəhşətli müharibə ANONSU: bombardman davam edir - Ölənlər var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 