Bir neçə gün öncə "E Media Group"un keçirdiyi "The Best of Azerbaijan" adlı mükafatlandırma gecəsində səhnəyə başında tacla çıxan model Aygün Babayevanın fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksər sosial şəbəkə istifadəçiləri onun gözəl olmadığını yazaraq, A.Babayevanı məsxərəyə qoyublar. Məsələ ilə bağlı Aygün Babayeva ilə əlaqə saxlanılıb.
O, fotonun yanlış anlaşılmaya səbəb olduğunu bildirib: "Ağlıma da gəlməzdi ki, başımda tac, üzərimdə "The Best of Azerbaijan" yazılı lentlə səhnəyə çıxmağım bu cür reaksiyalara səbəb olacaq. Mən sadəcə mükafatları təqdim edirdim. Üzərimdə olanlar bəzək üçün, gözəl görüntü üçün idi. Bu, mükafatlandırma gecəsi idi, orada model yarışması keçirilmirdi. Hər kəs səhv başa düşüb". Sosial şəbəkələrin müxtəlif səhifələrində fotosunu paylaşıb, onu lağa qoyanlara isə A.Babayevanın reaksiyası belə olub: "Bizim millətə fürsət lazımdır ki, kimisə qaralasın. Səhər 5-ə kimi yatmamışam. Haqqımda yazılan çirkin və xoşagəlməz sözləri oxuyub, gülüb bir-bir üstündən keçmişəm. Mən bütün bu yaşananlara yalnız gülürəm. "Miss Planet 2019" yarışmasında iştirak edəcəyəm. Bu isə yarışmada mənim çıxışıma mənfi təsir göstərir. Bir sözlə haqqımda yazılıb-pozulanlar müsabiqədə mənim imicimi zərbə altında qoyur". Qeyd edək ki, ölkəmizdə keçirilən gözəllik və model yarışmalarında qalib olan xanımlar tez-tez sosial şəbəkədə müzakirə mövzusuna çevrilir. Onların gözəl olmadıqlarını yazan izləyicilər keçirilən müsabiqələrin şəffaf olmadığına dəfələrlə etirazlarını bildiriblər.Bu fotosuna görə tənqid olunan model əsəbiləşdi: "Miss Planet 2019"a gedirəm



Azərbaycanlı model Kıvanç Tatlıtuğla eyni layihədə
Türkiyəli model bu FOTOSU ilə gündəmə gəlib
"Aygün Kazımovanı belə təqdim etməməliydilər" - Nura Suri
‘’Kişidir ona hər şey olar...'' — Aysellə Oktayın boşanmasında adı hallanan model
Gözəllik kraliçası evində ölü tapıldı
Xalq artistinin qızının azərbaycanlı müğənni ilə səmimi görüntüləri YAYILDI
Məşhur müğənni ailə qurub
Azərbaycan gözəlinin səhhəti ağırlaşdı
Azərbaycanlı model karantin qaydalarını belə pozdu - VİDEO
Məşhurların yeni il qiymətləri yalan çıxdı
Ərəbistanlı gözəlin yalanı üzə çıxdı
Günay: "Əvvəllər azərbaycanlı kişilər... "
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 