Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları "Odnoklassniki", "VKontakte", "Facebook" və digər sosial şəbəkələrdən istifadə edə bilməyəcək.
ONN media lent.az-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hərbçiləri sosial şəbəkələrdən uzaq durmağa, hərbi xidmət, hərbi hissə barədə məlumatları bölüşməməyə və telefonlarında geolokasiyanı söndürməyə çağırıb. Bu, hələlik tövsiyə olsa da, nazirlik qanunvericiliyə müvafiq dəyişiklik hazırlayır.
Rusiya MN ötən ilin sonunda hərbi qulluqçular üçün internetdə davranış qaydaları hazırlayıb və hərbi hissələrə göndərib. Qaydalar yaddaş kitabçası və plakat şəklində hazırlanıb. Tövsiyələrdə bildirilir ki, xarici resursların administratorlarının orada yerləşdirilən şəxsi informasiyalara tam çıxış imkanı var, xarici xüsusi xidmət orqanları isə rusiyalı hərbçilərin paylaşımlarını analiz edir. Ona görə də, foto və videoların yerləşdirilməsi, eləcə də hərbçilərin yaxınlarının onların hərbi xidməti barədə informasiyalar yayması məqsədəuyğun deyil.
Problemlə əlaqədar "Hərbi mükəlləfiyyət və hərbi xidmət haqqında", eləcə də "Hərbi qulluqçuların statusu haqqında" qanunlara dəyişiklik ediləcək.



Hərbçilərə sosial şəbəkə qadağan edilir
SON DƏQİQƏ: Bu hərbiçilər ordudan xaric edildi
Daha iki hərbiçi ordudan uzaqlaşdırıldı
Daha iki hərbiçi ordu sıralarından xaric edildi
Daha bir əsgər ordu sıralarından xaric edildi
Rusiyanın itkiləri açıqlandı - DƏHŞƏTLİ RƏQƏMLƏR
Erməni əsgərlərdən BİYABIRÇILIQ- SƏN DEMƏ...
Hərbi hissədə atışma: 8 əsgər öldürüldü
Bu hərbçilərin son yaş həddi artırılır
Rusiya "Tayfun"ları Suriyaya göndərdi
Həlak olan hərbçilərin ailə üzvlərinə mənzil veriləcək
Hərbçilərin iş saatı ilə bağlı YENİ QAYDA müəyyən edilir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 