Şimali Koreyanın nümayəndə heyəti ABŞ vitse-prezidenti Mayk Penslə Pxençxan Qış Olimpiadası çərçivəsində planlaşdırılmış görüşü son məqamda ləğv edib.
ONN media-nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.
“Vitse-prezidentin Cənubi Koreyaya son səfəri zamanı Şimali Koreyanın nümayəndə heyətinin rəhbərləri ilə qısa görüş keçirməyə imkan yaranıb. Vitse-prezident Şimali Koreyanın ballistik raket və nüvə silahı proqramlarından imtina etməsinin vacibliyini vurğulamaq məqsədilə bu imkandan yararlanmaq niyyətində olub. Lakin son məqamda KXDR-in rəsmi şəxsləri görüşməkdən imtina ediblər. Onların bu imkandan istifadə etməməsindən təəssüflənirik”, - deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi qeyd edib.
Ağ Ev də öz növbəsində Mayk Pensin Şimali Koreyanın nümayəndə heyəti ilə görüşünün planlaşdırıldığını təsdiqləyib.
Qeyd edək ki, “Washington Post” bundan əvvəl bildirmişdi ki, Mayk Pens fevralın 10-da KXDR liderinin bacısı Kim Yo Çjon və Şimali Koreyanın formal rəhbəri, Ali Şurasının rəyasət heyətinin sədri Kim Yon Namla görüşməyi planlaşdırıbmış. Lakin təyin olunmuş vaxta iki saatdan az qalmış KXDR nümayəndə heyəti görüşməkdən imtina edib. Məlumata görə, Pxenyanın bu qərarına səbəb Mayk Pensin görüşə az qalmış Şimali Koreyaya qarşı ən sərt və aqressiv sanksiyalara dair bəyanat verməsi səbəb olub.



Şimali Koreya lideri Trampı tənqid etdi
Pxenyan ABŞ-ı danışıqlara çağırdı
Şimali Koreya Yapon dənizinə ballistik raket atdı
Mayk Pompeo: “Kim Çen İn verdiyi sözə əməl etsin”
Şimali Koreya ABŞ-ı TƏHDİD ETDİ
Koreya yarımadası tarixində İLK
SON DƏQİQƏ: Kim Çen In ballistik raketləri işə saldı
Şimali Koreya ballistik raket atdı
Şimali Koreya-ABŞ görüşü bu tarixdə baş tutacaq
Şimali Koreyadan Cənubi Koreyaya tələb: "Üzr istəyin"
Yaponiya Şimali Koreyanın nüvə-raket potensiyalının tam ləğvini istəyir
Kim Çenə şad xəbər- "Düşmən" deyil
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 