Azərbaycanın Qətərdəki səfirliyi tərəfindən Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar həmin ölkənin nüfuzlu ingilisdilli “The Peninsula” qəzetində geniş məqalə dərc edilib.
Qətər mətbuatı Xocalı soyqırımından yazıb
Səfirlikdən ONN media-ya bildiriblər ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi qırğının bəşəriyyət tarixində ən qanlı hadisələrdən biri olduğu vurğulanıb. Qeyd edilib ki, Xocalı soyqırımı zamanı 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə beynəlxalq müstəvidə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat kampaniyasının Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Yazıda Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımının bütün elementlərinə görə BMT qətnamələrində nəzərdə tutulan “genosid” məfhumuna uyğun gəldiyi vurğulanıb.
Məqalədə Dağlıq Qarabağ münaqişəsinə, bu yöndə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrə, Ermənistan tərəfindən həmin qətnamələrə məhəl qoyulmaması və Xocalı soyqırımını törədənlərin indiyədək cəzasız qalması kimi məsələlərə yer verilib. Azərbaycan xalqının Xocalı şəhidlərinin xatirəsini həmişə anacağı və ölkənin ərazi bütövlüyünün bərpasınadək mübarizəsini davam etdirəcəyi bildirilib.



Hökümət rəsmiləri Xocalı Soyqırımı abidəsini ziyarət ediblər
Xocalı qurbanlarının xatirəsi Şuşada anıldı
Xocalıda soyqırımına həsr olunan abidə ucaldılacaq
Xocalı soyqırımından 30 il ÖTÜR
Türkiyə mətbuatı Xocalıdan yazdı
Xocalı soyqrımından 27 il ötür
Xocalı qurbanlarının sayı bir dəqiqəlik sükutla yad olundu
QAN YADDAŞIMIZI GƏLİN BÜTÜN DÜNYAYA HAYQIRAQ!
"Azərbaycanın işğal olunmuş əraziləri gec-tez azad ediləcək"
İlham Əliyev “Ana harayı” abidəsini ziyarət etdi - YENİLƏNDİ
Gəncədə Xocalı faciəsinin qurbanları yad edilib
İspan mediası Xocalı soyqırımından yazdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 