ONN media xəbər verir ki, Qazaxıstanın gənc diplomatları Astanada Azərbaycan səfirliyində olub.
Azərbaycanın Qazaxıstandakı səfirliyində bu ölkənin İşgüzar Şurası Təşkilatının nəzdində olan Diplomatiya Məktəbinin dinləyiciləri ilə görüş keçirilib. Əvvəlcə səfirliyin foyesində Bəşəriyyət tarixində baş verən beş ən dəhşətli soyqırımı olan Aşarşılık, Xolokost, Komboca, Xocalı, Ruanda” adlı fotosərgiyə baxış olub. Səfirlikdə keçirilən görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov gənc diplomatlat qarşısında məruzə ilə çıxış edib. Səfir Azərbaycan haqqında dinləyicilərə geniş məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan diplomat bildirib ki, BMT-nin qətnamələrinə və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq hələ də Ermənistan təcavüzkar ordusunu işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmaq istəmir. Rəşad Məmmədov çıxışında xüsusi olaraq vurğulayıb ki, Azərbaycan bu gün bir çox dövlətlərə böyük həcmdə sərmayələr yatırır. Özəl şirkətlərimiz dünyanın müxtəlif bölgələrində uğurla fəaliyyət göstərir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 39 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahib olan Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələr barədə dinləyicilərə geniş məlumat verildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin mahiyyəti tələbələrə ətraflı izah edildi. 4 layihədən ibarət olan "Cənub qaz dəhlizi"ndən danışılarkən "Şahdəniz", Cənubi Qafqaz kəməri, TANAP və TAP barədə bilgilər dinləyicilərin diqqətinə çatdırılıb. Azərbaycan regionda xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə bu gün MDB-də aparıcı dövlətlərdən birinə çevrilib. Ölkəmizdə multikultural dəyərlərin qorunduğunu önə çəkən səfir Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən də bəhs edib. Sonra Azərbaycan haqqında filmə baxış olub. Dinləyicilərin sualları cavablandırılıb.



Astanada Heydər Əliyevin xatirəsi anıldı
Azərbaycan və İran səfirləri görüşdü
Qazaxıstanın Əl-Fərabi adına Milli Universitetində AXC-nin 100 iliyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Erməni səfir Kiyevdə belə biabır edildi
İtaliyanın məşhur jurnalı Qarabağdan yazdı
AXC-nin 100 illiyi ilə bağlı Qazaxıstanda tədbirlər davam edəcək
Sabah Qazaxıstanın Bakıdakı səfirliyində bayraqlar yarıya qədər endiriləcək
Azərbaycanın Türkiyədəki yeni səfiri Rəşad Məmmədov kimdir? - DOSYE
“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır” – Ərdoğan
Ermənistanın arxasında kim dayanırsa-dayansın, Azərbaycan qalib gələcək
ABŞ mediası Kayseridəki Xocalı abidəsi barədə yazdı
31 mart Soyrımının ildönümü Avropanın bir sıra ölkələrində qeyd edilib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 