Amerikanın “Foreign Policy News” xəbər portalında Türkiyənin Kayseri şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş parkın və abidənin açılış mərasimindən bəhs edən xəbər yerləşdirilib. ONN media Publika -ya istinadən xəbər verir ki, materialda qeyd olunur ki, açılış mərasimində Türkiyə və Azərbaycanın yüksəkvəzifəli rəsmi şəxsləri, həmçinin Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev iştirak edib. Geniş auditoriya qarşısında çıxış edən rusiyalı deputat bildirib ki, Xocalıda törədilmiş hərbi cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. D.Savelyev deyib: “Bu faciəyə ədalətli qiymət verilməsi və onun günahkarlarının cəzalandırılması üçün biz hamımız Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq”. Materialda daha sonra qeyd olunur ki, Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə - Yerevanın Bakıya qarşı ərazi iddiaları irəli sürməsi və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin qeyd-şərtsiz olaraq Ermənistana verilməsi tələbi ilə başlayıb. Altıillik müharibə nəticəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini təşkil edən Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. “1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin Ermənistan bu günədək onlara əməl etməyib”, - deyə xəbərin sonunda bildirilir.
ABŞ mediası Kayseridəki Xocalı abidəsi barədə yazdı



Xocalı bəyanatı İordaniyanın nüfuzlu nəşrində...
Kayseridə Xocalı parkı və abidəsi açıldı - VİDEO
Xocalıda soyqırımına həsr olunan abidə ucaldılacaq
Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz
Horadizdə Xocalı soyqırımı abidəsi açılıb
İstanbulda Xocalı soyqırımı ilə əlaqədar yürüş keçirilib
Xocalı soyqırımından 30 il ÖTÜR
ABŞ-da daha bir mer Xocalı soyqırımı ilə bağlı QƏRAR VERDİ
Hökümət rəsmiləri Xocalı Soyqırımı abidəsini ziyarət ediblər
Sakarayda Xocalı park açılacaq
Türkiyədə müəllim Xocalıda qətlə yetirilən hamilə qadının heykəlini hazırladı
İstanbulda Xocalı faciəsi yad olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 